Əsgər Abdullayev: Danışmaq istəmirəm, icazə verin gedim
11.03.2009 - 17:11
“Qələbə qazanıb yarımfinala yüksəldiyimizə görə çox şadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyununda “Olimpik”i minimal hesabla məğlub edən qəbələlilərin çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında oyunun nəticəsindən razı qaldığını gizlətməyib: “Çox yaxşı komanda ilə, güclü baş məşqçisi olan rəqiblə qarşılaşırdıq. Sevinirik, futbolçularımız yaxşı oyun göstərərək, qələbə qazana bildilər”.
“Olimpik”in baş məşqçisi Əsgər Abdullayev isə qısa danışıb: “Oyunumuz alınmadı. Danışmaq istəmirəm. İcazə verin mən gedim”.
Qeyd edək ki, öz meydanında 1:1 hesablı heç-heçə edən “Qəbələ” bu gün qazandığı minimal hesablı qələbə ilə ilk yarımfinalçı olub.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0