Qyoko Hacıyevskinin yubileyi
13.03.2009 - 13:47
Azərbaycan Premyer Liqasının XVIII turu “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, paytaxtın eyni adlı təmsilçisi tarixində 50-ci dəfə meydana makedoniyalı mütəxəssisin rəhbərliyi altında çıxacaq. 54 yaşlı mütəxəssisin yubiley qarşılaşması “Karvan”la Yevlaxdakı matça təsadüf edəcək. 2007-ci ilin sentyabrında “Bakı”nın baş məşqçi postunda Böyükağa Hacıyevi əvəzləyən Hacıyevski indiyədək 39 çempionat və 10 kubok matçında komandanın “sükan”ı arxasında olub. Makedoniyalı Azərbaycan kuboku tarixində heç vaxt uduzmayıb.
“Bakı” Hacıyevskinin rəhbərliyi altında
“Bakı” Hacıyevskinin rəhbərliyi altında
| O | Q | H | M | T | X |
Premyer Liqa 2007/08 | 22 | 7 | 9 | 6 | 31-22 | 30 |
Azərbaycan kuboku 2007/08 | 6 | 4 | 2 | 0 | 11-4 | 14 |
Premyer Liqa 2008/09 | 17 | 13 | 2 | 2 | 39-6 | 41 |
Azərbaycan kuboku 2008/09 | 4 | 3 | 1 | 0 | 16-2 | 10 |
Premyer Liqada cəmi | 39 | 20 | 11 | 8 | 70-28 | 71 |
Azərbaycan kubokunda cəmi | 10 | 7 | 3 | 0 | 27-6 | 24 |
Cəmi | 49 | 27 | 14 | 8 | 97-34 | 95 |
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0