Qadın futbolçularımızın rəqibləri martın 17-də bilinəcək
14.03.2009 - 13:37
Azərbaycan Qadın Futbolu Federasiyanın prezidenti Asim Xudiyev İsveçrəyə yollanır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 52 yaşlı beynəlxalq dərəcəli hakim-inspektor martın 17-də UEFA-nın Nyon şəhərində keçiriləcək püşkatma mərasimində iştirak edəcək.
Həmin gün qadınlardan ibarət yığmalar arasında dünya kubokunun seçmə mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.
Qeyd edək ki, Avropa zonasında 41 yığma 8 qrupa bölünəcək. Azərbaycan milli komandası sonuncu səbətdə yer alıb. Final mərhələsinin oyunları 2011-ci il iyunun 26-dan iyulun 17-dək Almaniyada keçiriləcək.

- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0