Azərbaycan və Ermənistan futbolçuları yenə üz-üzə?
24.04.2009 - 12:55
Bu gün Rusiyanın Yekaterinburq şəhərində “Birlik kuboku” turnirinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, Sverdlovsk vilayətinin qanunverici orqanlarının təşəbbüsü ilə mövcud diasporlar arasında keçirilməsi planlaşdırılan turnir isə sabah start götürəcək. Ural xalqlarının dostluğunu tərənnüm etməli olan yarışda təşkilatçılarla yanaşı, vilayətdə yaşayan Azərbaycan, Ermənistan, Gürcüstan, Dağıstan, Çuvaşiya, Osetiya, Tatarıstan icmaları da mübarizə aparacaq. Onlardan başqa, azsaylı millətlərin nümayəndələrinin yığma komandasının da mübarizəyə qoşulacağı gözlənilir. 35 yaşından kiçik olanların buraxılmadığı turnirin mükafatlandırma mərasimi iştirakçıların milli mətbəxlərinin yeməklərinin müsabiqəsi də təşkil olunacaq.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0