Şahin Diniyev: Qələbə nə vaxt olacaq?
25.04.2009 - 10:25
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi Rusiyanın “Terek” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisinin əvəzediciləri Premyer Liqa klublarının gənclərdən ibarət komandalarının çempionatında keçirilən 6-cı turun matçına çıxıb.
Diniyevin yetirmələri “Saturn”la qarşılaşmada minimal hesabla məğlub olub – 0:1. Görüşün 61-ci dəqiqəsində vurulan qol “Terek”i üçüncü məğlubiyyətlə barışdırıb. Son 4 matçda qələbəyə həsrət qalan mütəxəssis ardıcıl ikinci məğlubiyyətə üzülüb. Hazırda 6 oyundan 7 xal toplayan Diniyevin komandası 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Terek”in gənclərdən ibarət komandası növbəti oyununu mayın 1-də səfərdə “Tom”a qarşı keçirəcək.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0