Fabio Luis Ramim: Azərbaycan yığması irəli gedəcək
25.04.2009 - 10:51
"Yığmanın məşqləri çox gözəl təşkil olunub. Məşq zamanı futbolçular öz üzərlərində işləyirlər. İnanıram ki, bu səylər gələcəkdə bəhrəsini verəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan milli komandasının futbolçusu Fabio Luis Ramimə məxsusdur.
“Bakı”nın braziliyalı yarımmüdafiəçisi yığmanın aprelin 20-24-dək keçirilən təlim-məşq toplanışı haqqında fikirlərini klubun rəsmi internet saytına açıqlayıb: “Düzdür, bu toplanışlardan sonra fiziki cəhətdən yorğunluq var, xüsusən ölkə çempionatının qızğın çağında. Buna baxmayaraq unutmamalıyıq ki, biz peşəkarıq və bu çətinliklərin öhdəsindən layiqincə gəlməliyik. Qarşıda "Qəbələ"yə ilə oyunumuz var. Bu oyunda mütləq üç xal qazanıb çempionluq uğrunda mübarizəni davam etdirməliyik".

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0