Milli komandamızın oyunları ilə bağlı tender
27.04.2009 - 09:54
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tender elan edir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, tender milli komandamızın qarşıdakı iki ev oyununda teleyayım hüququ ilə bağlıdır. Bunlar 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Uelslə rəsmi oyun, İspaniya ilə 9-da yoldaşlıq görüşüdür. Tenderin ilkin şərti oyunların yayımının peyklə ötürülməsidir. Tenderlə bağlı müraciət etmək istəyənlər mayın 15-dək AFFA-nın baş katibi Elxan Məmmədov və İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, Uels və İspaniya ilə oyunlar Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Uels və İspaniya ilə oyunlar Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0