Ərsun Yanal istefa verdi
28.04.2009 - 10:25
Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Ərsun Yanal istefa verib. Apasport.az saytının məlumatına görə, buna komandanın Superliqanın XXIX turunda səfərdə lider “Sivasspor”a 0:3 hesablı məğlubiyyəti səbəb olub.
Məğlubiyyət nəticəsində “Trabzonspor” qızıl və gümüş medallardan praktiki olaraq, əlini üzüb. Belə ki, sözügedən kollektiv hazırda 53 xalla 3-cü pillədə qərarlaşıb. Trabzonlular çempionatın sonuna 5 tur qalmış “Sivasspor”dan 7, “Beşiktaş” isə 6 xal geri qalırlar.
“Trabzonspor”un prezidenti Sadri Şener istefa barədə bunları deyib: “Ərsun Yanalla mədəni şəkildə ayrıldıq. Bu cür olmasını istəməzdik, sadəcə, belə alındı”.
Superliqanın qalan 5 turunda komandanı meydana əvəzedici heyətin baş məşqçisi Əhmət Özen çıxaracaq.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0