“Donuz qripi” Çempionlar Liqası matçını təxirə saldı
28.04.2009 - 16:49
Meksikada yayılan “donuz qripi” futbola da öz təsirini göstərib. Apasport.az saytının məlumatına görə, ölümlə nəticələn bu təhlükə ilə əlaqədar KONKAKAF-nın Tixuan şəhərində keçirdiyi 17 yaşlılar arasında çempionat dayandırılıb.
Yarışın qalan hissəsi qeyri-müəyyən müddətə təxirə salınıb. Sabah keçiriləcək yarımfinal oyunlarının iştirakçıları Kosta-Rika, Honduras, Meksika və ABŞ idi. KONKAKAF, həmçinin “Krus Asul” və “Atlante” klubları arasında mayın 12-də keçirilməli olan Çempionlar Liqasının ikinci final oyununu da təxirə salıb.
Qeyd edək ki, Meksikada “donuz qripi”nə görə 149 adam ölüb. Bu xəstəliyin izləri ABŞ, Kanada, İspaniya, Böyük Britaniya, İsrail və Yeni Zelandiyada da qeydə alınıb.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0