Yığmamızın oyunlarına biletlər “Nərgiz”də - FOTO
29.04.2009 - 10:21
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Uels oyununa biletlərin daha bir satış mərkəzi fəaliyyətə başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, artıq azarkeşlər şənbə günü saat 20:00-da başlayacaq rəsmi görüşə biletləri “Nərgiz” Ticarət Mərkəzindən də ala bilərlər. Mərkəzin giriş hissəsində biletlərin satışı ilə bağlı xüsusi yer ayrılıb. Milli komandamızın iyunun 9-da həmin arenada son Avropa çempionu olan İspaniya yığması ilə yoldaşlıq görüşünə də biletlər “Nərgiz” Ticarət Mərkəzində satılacaq.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0