AFFA milli komandamız üçün yeni rəqib tapdı
29.04.2009 - 10:37
Azərbaycan milli komandası Özbəkistanla qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, 21 yaşlılardan ibarət yığmamızın Asiya təmsilçisi ilə yoldaşlıq oyunu mayın 20-də keçiriləcək. Bakıda baş tutacaq qarşılaşmaya Özbəkistanın 20 yaşlılardan ibarət komandası gələcək.
Almaniyalı baş məşqçi Bernard Lippertin sınağa çəkəcəyi rəqib dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə ölkəmizə səfər edəcək. Belə ki, 20 yaşlılar arasında Misirdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanan özbəklər orada Qana, Uruqvay və İngiltərə ilə görüşəcək.
Mayın 17-də ölkənin paytaxtı Daşkənddə bir araya gələcək U-20 ertəsi gün Bakıya gələcək. Özbəkistan çempionatının növbəti turu ilə əlaqədar olaraq qonaqlar qarşılaşmanın ertəsi – mayın 21-də vətənə qayıdacaq. Lakin baş məşqçi Əhməd Ubaydullayev yığmamızla oyuna ən güclü heyəti gətirməyəcək. Belə ki, üç aparıcı komanda – “Bunedkor”, “Paxtakor” və “Neftçi” qitə kuboklarında çıxış etdiyindən bu klublar millidə təmsil olunmayacaq.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0