Daha bir istefa
29.04.2009 - 11:16
Fransanın “Marsel” klubunun baş məşqçisi Erik Gerets istefa verib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə komandanın uğurlu çıxış etməsinə baxmayaraq, 54 yaşlı belçikalı mütəxəssisin gələcək taleyi uzun müddətdir sual altında idi.
“Marsel”lə müqaviləsi yaya qədər olan Geretsin klub prezidenti Robert-Luis Dreyfusla münaqişədədir. 2005/06 mövsümündə “Qalatasaray”a Türkiyə çempionluğu qazandıran belçikalı mütəxəssis qərarını artıq futbolçularına bildirib. Maraqlısı isə odur ki, istefa verən Gerets komandanı mövsüm bitəndən sonra tərk edəcəyini bildirib. Hazırda Fransa çempionatının lideri olan “Marsel” 6 xal qabaqladığı “Lion”un uzun müddətlik hegemonluğuna son qoyacağı gözlənilir.
Geretslə yeni baş məşqçi axtaran Almaniyanın “Bavariya” klubu ciddi maraqlanır. Onun yeni iş yeri Belçika milli komandası, yaxud Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da ola bilər.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0