“Donuz qripi” Premyer Liqaya da gəldi
29.04.2009 - 14:50
İngiltərə Premyer Liqasında çıxış edən Londonun “Arsenal” klubunun meksikalı hücumçusu Karlos Vela “donuz qripi”nə yoluxmaqda şübhələnib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu vətənində bu epidemiyanın yayılması ilə əlaqədar komandasından kənarlaşdırılaraq, bir sutka karantində keçirib.
Meksikada yayılan “donuz qripi” artıq bir sıra ölkələrə də keçib. Vela bu müddətdə vətənində olmasa da, onun yanına Meksikadan dostları gəldiyi üçün təhlükəsizlik tədbiri görülüb. “Arsenal”ın baş məşqçisi Arsen Venger Karlosu bu gün Çempionlar Liqasında “Mançester Yunayted”lə yarımfinal oyununda sərəncamında görə biləcək: “Əvvəl fikirləşirdik ki, bu, problem olacaq və Vela bizimlə Mançesterə getməyəcək. Çünki srağagün onu evində saxlamağı, məşqlərə çağırmamağı bizdən xahiş etdilər. Ancaq sonrakı müayinə göstərdi ki, Karlos təmizdir və o, artıq bizimlə birgə məşqlərdə iştirak edir”.
Qeyd edək ki, Meksikada “donuz qripi” ilə əlaqədar çempionatın oyunlarını azarkeşlərsiz keçirmək qərara alınıb.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0