Luçesku Rumıniya yığmasının baş məşqçisi oldu
29.04.2009 - 17:57
Rumıniya Futbol Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Rezvan Luçeskunun millinin baş məşqçisi postuna təyinatını təsdiqləyib.
40 yaşlı mütəxəssis Rumıniya yığmasının 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışlarına görə istefaya göndərilən Viktor Pitsurkenı əvəzləyib. Son vaxtlar çalışdırdığı “Braşov” klubundan ayrılan Luçeskunun qarşısına yeni vəzifə də qoyulub. O, yığmanı 2012-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə çıxarmalıdır.
Qeyd edək ki, Rezvan vaxtilə Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarını çalışdırmış, indi isə Ukrayna “Şaxtyor”unu UEFA kubokunun yarımfinalına çıxaran Mirça Luçeskunun oğludur. Kiçik Luçesku daha çox Buxarestin “Rapid” klubundakı fəaliyyəti ilə tanınıb. Bu komandaya iki dəfə ölkə kubokunu qazandıran Rezvan UEFA kubokunun 1/4 finalınadək də irəliləyib.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0