“El Klassiko”da qanlı olay: 1 nəfər öldürüldü
05.05.2009 - 11:01
Dünyanın ən məşhur derbilərindən biri - “Real” və “Barselona” arasında görüş bir nəfərin ölümü ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “El Klassiko” zamanı 29 yaşlı salvadorlu Antonio Rivas öldürülüb.
Qanlı olay İspaniyada yox, mərhumun vətənində baş verib. Antonio “Real” - “Barselona” matçını San-Salvador şəhərində ictimai yerlərin birində izləyərkən, 3 nəfərlə mübahisəyə girişib. Tərəflər arasında mübahisə qızışdığından, onlar sonradan bir-birlərini söyüşə “qonaq” ediblər. Ancaq həmin 3 nəfər məsələni qəti həll etmək qərarına gəliblər. Onlar Rivasa bıçaqla çoxsaylı zərbələr endirərək, onu qətlə yetiriblər.
Cinayətdə şübhəli bilinən şəxslər artıq həbs olunublar.
Xatırladaq ki, Madridin “Santyaqu Bernabeu” stadionunda keçirilmiş derbidə “Barselona” 6:2 hesablı qələbə qazanıb.

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0