Özbəkistan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
05.05.2009 - 14:42
Azərbaycan milli komandasının rəqibinin heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, mayın 20-də Lənkəran şəhər stadionunda 21 yaşadək futbolçulardan ibarət yığmamızla yoldaşlıq oyunu keçirəcək Özbəkistan U-20-si ölkəmizə 22 futbolçu ilə gələcək.
Misirdə keçiriləcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsinə hazırlaşan özbəklərin baş məşqçisi Əhməd Ubaydullayev Azərbaycana bu heyəti gətirəcək: Daniyar Usmonov, Səncər Kuvvatov, Abdukaxxor Xociəkbərov, Kamoliddin Taciboyev, Dilyorbek Ermetov, Sərvər Atabayev, Zoxid Raupov, Şerzod Əzəmov, Dauren Eşbayev, Qulom Urunov, Fayzulla Qəmbərov, Fazıl Musayev, Doston Abdurahmanov, Zoxir Pirimov, Cəsur Hasanov, Şükrat Muxamadiyev, Sunnat Məmədəliyev, Şerzod Kərimov, Kenca Turayev, Sənət Şixov, İvan Naqayev, Əlişer Əzizov.
Qeyd edək ki, mayın 17-də ölkənin paytaxtı Daşkənddə bir araya gələcək Özbəkistan millisi ertəsi gün Bakıya, paytaxtdan da oyunun keçiriləcəyi Lənkərana yollanacaq. Özbəkistan çempionatının növbəti turu ilə əlaqədar olaraq qonaqlar qarşılaşmanın ertəsi – mayın 21-də vətənə qayıdacaq.

- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0