Bir mövsümdə iki dəfə istefaya göndərilən Qasımov
05.05.2009 - 23:03
Salyanın “Muğan” klubundan istefaya göndərilən Nadir Qasımov mövsüm ərzində ikinci dəfə bu aqibəti yaşayıb. Apasport.az saytının hesablamalarına görə, Premyer Liqanın 15-ci turundan etibarən komandasını meydana çıxaran mütəxəssis mövsümün ilk yarısında da “Bakılı”dan ayrılmalı olmuşdu.
Paytaxt təmsilçisini çıxardığı 8 oyunda cəmi 1 xal (top fərqi 4:22) qazanan Qasımov “Muğan”da daha yaxşı nəticəyə imza atıb. Onun yetirmələri 9 oyunda 9 xal toplayıb (9:16). Maraqlıdır ki, iki komandanı üst-üstə 17 qarşılaşmaya çıxaran çalışdırıcı kubokda mübarizəyə qoşula bilməyib. “Bakılı” Qasımovla ayrıldıqdan sonra yarışa başlayıb, “Muğan” isə mütəxəssisin gəlişinədək çıxışlarını dayandırıb. İlk halda, “Simurq”a evdə 0:2, bu dəfə isə səfərdə “Olimpik”ə 0:1 hesablı məğlubiyyət Qasımov üçün sonuncu olub.
Qeyd edək ki, Qasımovu əvəzləyən Vladislav Qədirov kubokda nəzərə alınmaqla, 17 dəfə “Muğan”ı meydana çıxarıb. Bu görüşlərdə 1 qələbə və 2 heç-heçəsi olan salyanlılar 9 top vurub 36-nı buraxıb.

- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
0
0