“Rusenborq”un futbolçusu Azərbaycana gəlmək istəyir
26.05.2009 - 18:22
Norveçin “Rusenborq” klubunun müdafiəçisi Vadim Demidov Azərbaycan yığmasına qarşı oynaya bilər. Apasport.az saytının məlumatına görə, futbolçu milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Rusiya yığmasında oynamaq istəyir. O, holland baş məşqçi Qus Hiddinkdən dəvət gözlədiyini gizlətmir: “Mən yüz faiz rusam. Hərçənd, bütün həyatımı Norveçdə keçirmişəm. Atam da, anam da rusdur. Əlbəttə, Rusiya yığmasında oynamaq istəyirəm. Əgər yığmanın məşqçiləri məni çağırsalar, buna mütləq razılıqla cavab verəcəyəm”.
Rusiya yığmasının cari seçmə mərhələdə son oyunu oktyabrın 14-də Bakıda milli komandamızla olacaq. Demidovun buna kimi ölkəmizə gəlişi baş tuta bilər. Məsələ ondadır ki, “Rusenborq” Bakının “İnter” və Zaqatalanın “Simurq” klublarının Avroliqada potensial rəqibidir.

- Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
0
0