Rus futbolçular Bakıda telefonçu qızın həyatını xilas ediblər
29.05.2009 - 13:39
Rus futbolçular Bakıda telefonçu qızın həyatını xilas ediblər
“Zenit” klubunun futbolçuları Bakıda bir qızın həyatını xilas ediblər. 70-ci illərin əvvəlində baş verən bu hadisə Rusiya mətbuatında Sankt-Peterburq təmsilçisinin mərhum baş məşqçisi Pavel Sadırinlə bağlı yazıda yer alıb.

Apasport.az saytının məlumatına görə, həmin vaxt Sadırin komanda yoldaşları Vasili Danilov və Lev Belkinlə birgə telefonçu xanımı “Azərbaycan” mehmanxanasının zirzəmisindən xilas ediblər. Zirzəmi su ilə dolduğu üçün xilaskarlar hətta suya baş vurmalı olublar: “Qapı ilişmişdi, həmin qızı xilas etmək üçün bu 3 futbolçu elə də çətinlik çəkmədi. Onu çıxartmaq üçün suya baş vurmaq lazım gəldi. Bir növ bu, elə də problem deyildi. Sadəcə, məsələ ondadır ki, zirzəmi çox isti su ilə dolu imiş”.

Həmin vaxt “Zenit” SSRİ çempionatında “Neftçi” ilə oyunla bağlı Bakıda səfərdə imiş. Sadırin məşqçilik karyerası dövründə 1984-cü ildə “Zenit”, 1991-ci ildə Moskva MOİK-ini SSRİ çempionu edib. Rusiya yığmasını 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının final mərhələsinə çıxaran və orada da iştirak edən Sadırin 2001-ci il dekabrın 1-də 59 yaşında vəfat edib.