Xodukin: Rəhbərlik mənə dedi ki, baş məşqçi kimi fəaliyyətini davam etdir
29.05.2009 - 16:06
“Rəhbərlik mənə dedi ki, baş məşqçi kimi fəaliyyətini davam etdir. Mən də öz işimi görürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Artıq dörd ildir ölkəmizdə çalışan, son üç ildə komandanın sükanı arxasında olan 70 yaşlı ukraynalı mütəxəssis bu postda fəaliyyətini daha bir il davam etdirəcək. “İnter” rəhbərliyi həm Azərbaycan Premyer Liqasında, həm də kubokda 2-ci olan Xodukinə yeni mövsümdə də güvənəcək: “Mən müqaviləmlə bağlı məsələləri elan etməyi xoşlamıram. Onu deyə bilərəm ki, hər şey qaydasındadır, işimi davam etdirirəm. Mənim üçün bu yaşda müqavilənin bir, iki, ümumiyyətlə, hansı müddətə olması elə də önəmli deyil”.
Xodukinin “İnter”lə müqaviləsi iyunun sonunda bitir və anlaşmanın daha bir illiyə uzadılması razılaşdırılıb. Komandadakı gələcək taleyinə aydınlıq gələn təcrübəli məşqçi futbolçularla bağlı qəti söz deməkdə tərəddüd edib: “Komandanın hansı futbolçuların tərk etdiyini deyə bilmərəm. Əslində, hələ ki bu haqda danışmağı da düzgün saymıram. Çünki mövsüm bitsə də, may hələ başa çatmayıb. Futbolçuların da əksərinin bu ayın sonuna kimi klubla müqaviləsi varsa, deməli, onlar komandamızın üzvü olaraq qalırlar”.
Çalışdırıcı bu dəfə də komandanı Türkiyədə hazırlaşdıracaq: “Yəqin ki, hazırlıq məkanı yenə Antalya olacaq. Orada iyunun 12-15-i aralığında təlim-məşq toplanışına başlayacağıq. Hazırlıq iki variant var və sınaqçı-rəqiblər bundan asılı olacaq. Hazırlıq prosesini hansı dağlıq zonada keçəcəyimiz hələ müəyyənləşməyib. Avrokuboklara hazırlıq müddətində bir neçə yoxlama oyunu keçirəcəyik”.
Qeyd edək ki, ölkəmizi Avroliqada təmsil edəcək “İnter” mübarizəyə iyulun 2-də start veriləcək birinci təsnifat mərhələsində başlayacaq.

0
0