“Qladiator”un “Barselona”ya faydası
29.05.2009 - 16:48
İspaniyanın “Barselona” klubunun Çempionlar Liqasının qazanmasına ABŞ istehsalı olan “Qladiator” filmi kömək edib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Xosep Qvardiola İngiltərənin “Mançester Yunayted” klubu ilə final oyununa az qalmış futbolçularına həmin kinodan fraqmentlər göstərib.
Futbolçularla göstərilən 7 dəqiqəlik klipdə “Qladiator”un fraqmentləri ilə yanaşı, “Barselona”nın oyunlarından ən yaxşı epizodlar daxil edilib. Video rolikin sonunda ekranda klubun sponsorlarından biri çıxıb və xeyir-dua ilə bağlı çıxışın olub: “Biz müdafiə olunan hücumçularıq və hücum edən müdafiəçilərik. Bizim sürətimiz və rəqibə qarşı hörmətimiz var. Biz hər qolu vuranlarıq. Biz birik”.
“Barselona”nın futbolçularının çoxu video rolikin bitməsini qışqırıqla qarşılayıb. Bundan sonra Qvardiola futbolçulara oyuna qədər bir söz belə deməyib. Hollivud ulduzu Rassel Krounun baş rolda çəkildiyi “Qladiator” filmi “Oskar” mükafatına layiq görülüb.

0
0