Qanlı bazar günü - VİDEO
06.07.2009 - 16:10
Qanlı bazar günü  - VİDEO
Argentina çempionatında qanlı olay baş verib. Apasport.az saytının məlumatına görə, “Atletiko Huracan” və “Veles Sarsfild” arasında keçirilən görüşdə qan su yerinə axıb. “Veles Sarsfild” matçın 84-cü dəqiqəsində Moralesun vurduğu qolla hesabda önə çıxıb. Qolun müəllifi fərqləndikdən 2 dəqiqə sonra qırmızı vərəqə aldığından, komandasını azlıqda qoyub. 90-cı dəqiqədə isə ehtiyat oyunçularla meydandakı futbolçular arasında dava başlayıb. Bu zaman bəzi futbolçular başlarından yaralanıb və hakim oyunu uzatmayaraq bitirib. Bu qələbə ilə xalını 40-a çatdıran “Veles Sarsfild” mübarizəni lider kimi başa vuraraq, çempionluğu elan edib.
0