“Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək
06.10.2026 - 11:10
“Barselona” Rafinya ilə müqaviləni uzatdı – 2030-cu ilədək

“Barselona” futbolçusu Rafinya ilə yeni müqavilə ilə bağlı razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi braziliyalı vingerlə sözləşmənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.

Rafinyanın əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya 65 milyon avro qarşılığında transfer olunub.