Çempionlar Liqasında “Bakı”ya daha bir potensial rəqib
08.07.2009 - 11:27
Çempionlar Liqasının 2009/10 mövsümündə mərhələ adlayan ilk klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Andorranın “San-Xulia” klubu ikinci təsnifat mərhələsində iştirak hüququ qazanıb.
“San-Xulia” San Marinonun “Tre Fiori” komandasını mübarizədən kənarlaşdırıb. Tərəflər arasında hər iki matç heç-heçə (1:1) nəticələnib. Penaltilər seriyasında isə andorralılar 5:4 hesabı ilə qalib gələrək, birinci təsnifat mərhələsini adlayıblar. Bununla da, “San-Xulia” Çempionlar Liqasındakı təmsilçimiz “Bakı”nın potensial rəqibinə çevrilib.
Andorralılar ikinci təsnifat mərhələsində “Levski” (Bolqarıstan) ilə qüvvəsini sınayacaq.
Birinci təsnifat mərhələsindən növbəti tura adlayacaq daha bir komandanın adı bu gün “Moqren” (Çernoqoriya) - “Hibernians” (Malta) matçından sonra bilinəcək. İlk oyun Çernoqoriya çempionunun 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, birinci təsnifat mərhələsində cəmi 4 klub mübarizə aparır. “Bakı”nın da qatıldığı ikinci mərhələnin oyunları 14 və 21 iyulda baş tutacaq.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0