Arşavin “Neftçi”nin sabiq baş məşqçisini xatırladı
10.07.2009 - 12:08
Rusiya yığmasının hücumçusu Andrey Arşavin “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjelanı yenidən yada salıb. Apasport.az saytının məlumatına görə, “Zenit”də məhz Petrjelanın dövründə parlayan Arşavin artıq yarım ildir Londonun “Arsenal” klubunda Arsen Vengerin rəhbərliyi altında çıxış edir. “Arsenal”ın məşq prosesi haqda danışan Arşavin işlədiyi mütəxəssislərin hazırlıqlarını müqayisə edib: “Vengerin hərəkətləri “Zenit”in hazırkı holland çalışdırıcısı Advokatın tətbiq etdiklərinə oxşayır. Özü də Petrjelada olduğu kimi, ilk təlim-məşq toplanışları zamanı bizim üçün ağır olur. İlk məşğələ əsasən qaçışla bağlı idi. 10 dəqiqəlik tsikl tez-tez fiziki hərəkətlərlə növbələnirdi. İkincidə isə biz artıq futbol oynayırdıq. Hamı üçün məzuniyyətdən sonra çətindir. Ancaq hər birimiz bu işdən gələn mövsümdə meydanda səmərəli hərəkətin asılı olduğunu anlayaraq çalışır”.
Qeyd edək ki, Petrjela “Zenit”də üç il, “Neftçi”də dörd ay baş məşqçi işləyib.
Qeyd edək ki, Petrjela “Zenit”də üç il, “Neftçi”də dörd ay baş məşqçi işləyib.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0