Bakıya gəlmiş ulduz futbolçu toydan 2 ay sonra ata oldu - FOTOSESSİYA
13.07.2009 - 10:41
İspaniya yığmasının və “Liverpul”un futbolçusu Fernando Torres ata olub. Apasport.az saytının məlumatına görə, Kompostela şəhərində onun qızı dünyaya gəlib. Yeni doğulan körpəyə Nora adı qoyulub.
Maraqlıdır ki, Torresin toyu 2 ay əvvəl, mayın 27-də gerçəkləşib. O, həmyerlisi Olalla Dominges Liste ilə evlənib. Səkkiz ildir bir-birlərini tanıyan cütlük bu ilin fevralında övladlarının olacağından xəbər tutublar və mayda ailə həyatı qurmaq qərarının veriblər. Onların qızı Nora isə həm atasının, həm də anasının soyadını daşıyacaq - Nora Torres Dominges.
Xatırladaq ki, Torres ötən ay İspaniya yığmasının heyətində Bakıya gələrək, Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamıza qarşı keçirilən yoldaşlıq görüşündə forma geyinib. İspanların 6:0 hesablı qələbəsi ilə nəticələnən oyunda sonuncu qolu məhz sözügedən hücumçu vurub.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0