Yığmamıza 2 qol vurmuş futbolçuda beyin xərçəngi tapıldı - FOTO
14.07.2009 - 13:33
Uels milli komandasının sabiq üzvü Con Hartsonda ağır xəstəlik aşkarlanıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı veteran futbolçuda beyin xərçəngi tapılıb. Bu diaqnoz Hartsonun müayinədən keçdiyi klinikada verilib. O, başı ağrıdığı üçün klinikaya gedib. Lakin müayinə zamanı onun xərçəng xəstəliyinə tutulduğu müəyyənləşib.
Xatırladaq ki, Hartson vaxtilə yığmanın heyətində Azərbaycan milli komandasının qapısına iki qol vurub. O, 2002-ci il noyabrın 20-də Bakıda, eləcə də 2003-cü il martın 29-da Kardiffdə keçirilən oyunda fərqlənib. Hər iki matç uelslilərin qələbəsi ilə yekunlaşıb - 2:0; 4:0. Hücumçu karyerasını ötən ilin fevralında başa çatdırıb.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0