“Qarabağ”ı “Rusenborq”un əsas meydançasına buraxmadılar
15.07.2009 - 10:54
Avroliqanın ikinci təsnifat mərhələsindəki təmsilçimiz “Qarabağ” “Rusenborq”la qarşılaşmaq üçün Norveçə yollanıb. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, İstanbul-Oslo-Tronheym reysi ilə uçan Ağdam komandası dünən günün ikinci yarısında mənzilə yetişib.
Tronheymə çatdıqdan 3 saat sonra Qurban Qurbanov yetirmələrinə məşq keçib. Ancaq “Qarabağ”ı “Rusenborq”un əsas meydançasına buraxmayıblar. Gün ərzində yağış yağdığından, norveçlilər məşq zamanı ot örtüyünün yararsız vəziyyətə düşəcəyindən ehtiyatlanıblar. Belə olan halda, ağdamlılar “Rusenborq”un ikinci meydançasında məşq etmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, “Qarabağ” “Rusenborq”la sabah qarşılaşacaq.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0