Enderin günü
15.07.2009 - 13:39
"Olimpik-Şüvəlan" futbol klubu növbəti yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, dünən ADBTİA-nın komandası ilə üz-üzə gələn Əsgər Abdullayevin yetirmələri minimal hesablı qələbə qazanıblar. "Şəfa" stadionunda baş tutan qarşılaşmada hesab ilk hissənin sonlarında açılıb. Cərimə zərbəsini dəqiq yerinə yetirən Ender Günlü təxminən 25 metrdən topu tora qovuşdurub.
“Olimpik-Şüvəlan” iyulun 21-də Tbilisiyə yola düşəcək. 11 günlük toplanış ərzində futbolçular 4 yoxlama matçında sınaqdan keçiriləcək.
“Olimpik-Şüvəlan” iyulun 21-də Tbilisiyə yola düşəcək. 11 günlük toplanış ərzində futbolçular 4 yoxlama matçında sınaqdan keçiriləcək.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0