“Mərhələ keçmək şansımızı həddən artıq azaltdıq”
17.07.2009 - 11:03
“Rəqibi məğlub etməyə çalışsaq da, oyun qolsuz heç-heçə bitdi. Bir həftə sonra səfərdə keçiriləcək cavab görüşündə ən azı bunu etməliyik. Ancaq bu, məhsuldar heç-heçə, 1:1, yaxud 2:2 hesablı heç-heçə olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Norveçin “Rusenborq” klubunun hücumçusu Rade Priça deyib.
İsveç milli komandasının üzvü olan 29 yaşlı futbolçu Avroliqada Ağdamın “Qarabağ” klubu ilə ev oyununda nəticədən (0:0) məyus olub. Komandamızın qapısına heç cür yol tapa bilməyən Priça bunu iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda etməyə çalışacaq: “Bunun əvəzini Bakıda çıxmalıyıq. Öz meydanımızda qələbə qazanmaq şansını əldən buraxdıq. Bu nəticə ilə mərhələ keçmək şansımızı həddən artıq azaltmış olduq. Gərgin mübarizə şəraitində keçən oyunda qol vurmaq üçün elə də çox şansımız olmadı. İndi bizə verilən istirahətdən ləzzət alacaq və cavab görüşünə yaxşı hazırlaşacağıq”.

- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
- “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu
0
0