“Qarabağ”la Bakıdakı oyun asan keçəcək”
17.07.2009 - 11:41
“Biz komanda şəklində rəqibdən yaxşı nəzərə çarpırdıq. Səfər oyununa qələbə qazanmaq üçün gedəcəyik. Fikrimcə, biz bunu edə biləcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rusenborq”un qapıçısı Rune Almenninq Yarsteyn deyib.
Tronheym təmsilçisinin daha bir futbolçusu Mikael Dorsin də “Qarabağ”la görüş barədə təəssüratlarını bölüşüb. O bildirib ki, cavab matçı asan keçəcək: “Çünki təkrar oyunda onlar hücuma daha çox fikir verəcəklər. Bu isə bizim lehimizə işləyəcək. Bizim bu gündəkindən çox şansımız olacaq”.
Qeyd edək ki, “Rusenborq” və “Qarabağ” arasında ilk matç heç-heçə (0:0) nəticələnib. Cavab görüşü iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
- Fabianski karyerasını başa vurdu – Polşalı qapıçı futbolla vidalaşdı
- “Everton”dan ayrıldı - yeni klubu bəlli oldu
0
0