Rəşad Sadıqov: “Qarabağ”la üçüncü mərhələdə də oynamaq istərdim...
23.07.2009 - 23:07
Türkiyənin “Kocaelispor” klubunun prezidenti Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Rusenborq” matçını izləyib. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin rəsmisi oyundan sonra qələbə qazanan “Qarabağ” klubunun futbolçularını təbrik edib.
Onun Bakıya gəlişi isə Rəşad Sadıqovla bağlıdır. Belə ki, vitse-prezident milli komandamızın kapitanı ilə danışıqlar aparacaq. Jurnalistlərlə söhbətində bunu Rəşad Sadıqov da təsdiq edib: “İndi onunla görüşüm olacaq. Məhz bu görüşdən sonra taleyimə aydınlıq gələcək. Növbəti mərhələdə “Qarabağ”ın heyətində qalıb-qalmayacağım da burada bəlli olacaq. Düzünü desəm, “Qarabağ”da qalıb üçüncü mərhələdə oynamaq istəyirəm. Amma hər şey vitse-prezidentlə görüşdən sonra müəyyənləşəcək”.

- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0