Meydançada tumanını çıxardı, qırmızı vərəqə aldı - VİDEO
04.08.2009 - 11:31
Meydançada tumanını çıxardı, qırmızı vərəqə aldı - VİDEO
Braziliya futbol çempionatında qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, “Nautiko”nun futbolçusu Vaqner Silva səfərdə “Flamenqo”ya qarşı matçda qırmızı vərəqə ilə cəzalandırıb. Onun oyundan qovulmasına isə tumanını meydançada dəyişməsi səbəb olub.

Oyunun 61-ci dəqiqəsində Silva tumanını dəyişməli olub. Heç nəyin fərqinə varmayan futbolçu geyimini elə meydançada dəyişib. Görüşün baş hakimi isə ehtiyat hakimlə məsləhətləşdikdən sonra, əvvəlcə sarı, ardından qırmızı vərəqəyə əl atıb.

Silva meydandan qovularkən, “Nautiko” hesabda 1:0 öndə olub. Qırmızı vərəqədən sonra azlıqda qalan qonaq komanda 81-ci dəqiqədə qapısından qol buraxaraq, 1 xalla kifayətlənib.
0