Romario futbola qayıdır
13.08.2009 - 15:01
Braziliya futbolunun canlı əfsanəsi Romario futbola qayıdır. Apasport.az saytının məlumatına görə, o, artıq ciddi məşqlərə başlayıb. 2007-ci ilin noyabrında 23 illik futbolçu karyerasını bitirmiş Romarionun fikrindən daşınmasının səbəbi də bəllidir. Belə ki, 43 yaşlı veteran futbolçu atasının arzusunu reallaşdırmaq niyyətindədir. Demə, onun atası oğlunun Braziliyanın “Amerika” kubunun şərəfini qorumasını arzulayırmış. Bu səbəbdən Romario yenidən yaşıl meydanlara dönməyi və “Amerika”nın heyətində 2 matç keçirməyi planlaşdırır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0