Honduras yığmasının hücumçusu rəsmən “Xəzər-Lənkəran”da
13.08.2009 - 14:32
“Xəzər-Lənkəran” daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Honduras milli komandasının hücumçusu Allan Lalin yeni mövsümdən “ağ-yaşıl” forma geyinəcək. O, 12 nömrəli futbolka daşıyacaq.
Lənkəranlıların yeni transferi karyerasının son 4 ilini “Real Espana”da keçirərək, bu komanda ilə Honduras çempionu olub. Yığmaya dəvət alan 28 yaşlı Lalin bir müddət öncə ABŞ-da başa çatan CONCACAF Gold Cup yarışında da iştrak edib. Həmin turnirdə honduraslılar yarımfinaladək irəliləyiblər.
Qeyd edək ki, Lalin milli komandanın heyətində 9 oyuna 1 qol vurub. Honduras yığması dünya çempionatına vəsiqə qazanacağı təqdirdə, hücumçu Azərbaycan klubunda oynaya-oynaya mundiala yollanmış ilk futbolçu kimi tarixə düşəcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0