Almaniya və Azərbaycan milli komandalarının görüşünü Kakos idarə edəcək
17.08.2009 - 09:50
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 9-da baş tutacaq matçı yunanıstanlı hakimlər idarə edəcək. Qarşılaşmanı 39 yaşlı Anastasios Kakos idarə edəcək. İki gün əvvəl ad gününü qeyd edən yunan referi ötən ilin yanvarından FİFA hakimidir. Ona həmyerliləri Dimitrios Saraidaris, Spridon Trifonas və Dimitrios Kalopoulos kömək edəcək. Matçın hakim-inspektoru israilli Dani Koren, UEFA nümayəndəsi isə bolqarıstanlı Mixail Kassabov olacaq.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Hannover şəhərindəki “AWD-Arena” stadionunda keçiriləcək.
Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Hannover şəhərindəki “AWD-Arena” stadionunda keçiriləcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0