“Favorit “Bazel”dir, biz isə meydana imicimizi qorumaq üçün çıxacağıq”
26.08.2009 - 22:44
“Cavab matçında favorit “Bazel”dir. İlk görüşdə yaxşı başlayıb hesabı açsaq da, sonda qapımızdan 3 top buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Avroliqanın dördüncü təsnifat mərhələsində “Bazel”lə oyundan öncə təşkil olunan mətbuat konfransında komandamızın çalışdırıcısı bildirib ki, sabahkı oyunda 3 qol vurmalıdırlar: “Biz meydana imicimizi qorumaq üçün çıxacağıq. Sübut etmək istəyirik ki, bura qədər gəlməyimiz təsadüf deyil. Düzdür, komandamız bir qədər təcrübəsizdir”.
Hacıyevski vurğulayıb ki, oyuna 2 hücumçu ilə çıxacaqlar. O, ön xətdə braziliyalı futbolçular Jaba və Feliksə şans verəcək.

0
0