“Olimpik-Şüvəlan”dan böyük hesablı qələbə
30.08.2009 - 20:39
Hazırlığını davam etdirən "Olimpik-Şüvəlan" bu gün növbəti yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda "Ədliyyə"ni qəbul edən “təyyarəçilər” rəqibi qol yağışına tutub.
Matçda hesabı gürcüstanlı futbolçu Ramaz Cabnidze açıb. Ramaz fasiləyə qədər daha iki qol vuraraq darmadağının əsasını qoyub. "Karvan"la oyunda dubla imza atan Anatoli Doroş bu dəfə də hücumçu keyfiyyətlərini nümayiş etdirərək qonaqların qapısından iki top keçirib. Abdulkadır Kamara isə penaltidən fərqlənib. Qarşılaşmada son nöqtəni Roman Qoqinaşvili qoyub.

- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0