AFFA-dan yeni layihə
31.08.2009 - 12:35
AFFA uşaq futbolunun inkişafı məqsədilə yeni layihə hazırlayıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2002-2003-cü il təvəllüdlü uşaqlardan ibarət, hər birində 25 uşaq olmaqla iki qrup yaradılacaq. Bu qruplara daxil olan uşaqlara həftədə 3 dəfə AFFA-nın Futbol akademiyasının süni örtüklü meydançasında məşq keçiriləcək ki, bu hazırlıqlar ödənişsizdir. Qruplar üçün ilkin qeydiyyat müddəti sentyabrın 10-dan 20-ə qədərdir. Qruplara yalnız Bakı şəhərində yaşayan uşaqlar qəbul ediləcək.
Qeyd edək ki, bu qruplara qeydiyyatla bağlı həftənin bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 18:00-dək AFFA-nın Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Yarışların Keçirilməsi Departamentinə müraciət edə bilər.

- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0