“Qalatasaray” Rusiyadan futbolçu gətirdi
31.08.2009 - 15:20
Türkiyənin “Qalatasaray” klubu Rusiya MOİK-ində çıxış edən Caner Erkini icarəyə götürüb. Apasport.az saytının məlumatına görə, istanbullular 21 yaşlı yarımmüdafiəçini mövsümün sonunda almaq hüququ əldə etməklə, bir illik sıralarına qatıb. Türkiyə Superliqasında “Vestel Manisaspor”un formasında 39 matça 5 qol vuran Erkin iki il əvvəl Rusiyaya transfer olunub. MOİK-də bütün turnirlər çərçivəsində üst-üstə 49 qarşılaşma keçirən sol cinah yarımmüdafiəçisi Türkiyə milli komandasında 1 oyun keçirib.
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0