Əsgər Abdullayev plan cızıb
31.08.2009 - 15:49
"İnter"lə oyuna hazırlaşan "Olimpik-Şüvəlan" sabah növbəti təlim-məşq toplanışına start verəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, "Business Place" otelində məskunlaşacaq “təyyarəçilər” gündə 2 dəfə olmaqla (səhər və axşam) məşqə çıxacaq. "Şəfa" stadionunda keçiriləcək təlimlər bir həftə davam edəcək. Baş məşqçi Əsgər Abdullayevin hazırladığı planına əsasən toplanış yoxlama oyunu ilə yekunlaşacaq. Rəqib komandanın kimliyi isə yaxın günlərdə müəyyən olunacaq.
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0