“Cənub mirvarisi -2009” başlayır
01.09.2009 - 09:25
Sentyabrın 2-də Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda “Pal-Süd Dağıtım” MMC-nin baş sponsorluğu və Cənub Regional Futbol Federasiyasının (CRFF) təşkilatçılığı ilə 1996/1997-ci il təvəllüdlü yeniyetmələr arasında “Cənub mirvarisi -2009” III futbol çempionatına start veriləcək. Bu barədə APA-nın cənub bürosuna məlumat verən CRFF-nin prezidenti Sakin Məmmədzadənin sözlərinə görə, çempionatda cənub regionunu əhatə edən Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala və Yardımlı rayonlarından müvafiq yaş qruplarında olan komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər iki qrupdan 2 qalib komanda dairəvi sistem üzrə birincilik uğrunda qüvvələrini sınayacaq.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0