Kramarenko karyerasını Rusiyada davam etdirəcək
01.09.2009 - 09:40
Azərbaycanın aşağı yaş qruplarından olan milli komandalarının sabiq futbolçusu Vladimir Kramarenko özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı qapıçı Rusiyanın “Zelenoqrad” klubuna keçib. Vladimirin ikinci divizion təmsilçisinə keçidi “transfer pəncərəsi”nin son günündə rəsmiləşib. Yığmamızın milliləşən futbolçusu Azərbaycan karyerası ərzində Bakının “İnter” komandasının şərəfini qoruyub. Moskvanın “Torpedo” klubunun futbol məktəbinin yetirməsi olan Kramarenko Niqni Novqorod “Lokomotiv”ində də çıxış edib.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0