Yığmamızın rəqibi rəqib axtarır
01.09.2009 - 10:07
Sentyabrın 9-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq Belarus yığması matçın hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin oyununa hazırlaşan Georgi Kondratyevin yetirmələri dünən Minskin “Belstroysentr” mehmanxanasında bir araya gəlib. Artıq ilk məşqini keçirən rəqibimiz bu gün Türkiyə toplanışına yola düşür. Sentyabrın 8-dək bu ölkədə hazırlıq keçəcək belaruslular indi rəqib axtarışına çıxıb. Belə ki, Kondratyev seçmə oyunların keçirildiyi sentyabrın 5-də öz yetirmələrini yoldaşlıq görüşündə sınamaq istəyir. Bu məqsədlə Türkiyənin aşağı dəstə klubları ilə danışıqlar aparılır.
Qeyd edək ki, Azərbaycan yığması Belarusla matçadək – sentyabrın 5-də Albaniyanın qonağı olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Belarusla matçadək – sentyabrın 5-də Albaniyanın qonağı olacaq.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0