Hardasan, “Qarabağ”?
02.09.2009 - 10:11
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra ən yaxşılar arasında Azərbaycan təmsilçisi də peyda olub.
Siyahıya daxil olmağı “Qarabağ” bacarıb. Avropa Liqasındakı 3 qələbə və 2 heç-heçə komandamızın xalını 74-ə çatdırmasına kifayət edib. Bu isə ağdamlıları daha 7 komanda ilə birlikdə 279-cu yerə şərik edib. Ötən ay 418-ci olan “Qarabağ” son 1 ilə əsasən, hesablanan reytinqdə 139 pillə irəliləyib.
Dünyanın ən güclü klubları siyahısında liderlərin mövqeyi də dəyişikliyə məruz qalıb. 321 xala malik İspaniya “Barselona”sı neçə aydır şərikli liderlik etdiyi İngiltərənin “Mançester Yunayted” klubunu (318 xal) ikinci pilləyə göndərib. 285 xalı olan Argentina “Estudiantes”i isə üçüncü mövqeyini qoruyub. Ən yaxşı Türkiyə təmsilçisi “Qalatasaray” 216 xalla 11-ci sıraya qalxıb.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0