“Cırtdan”lar yığmamız önünə Ştoklazasız çıxacaq
02.09.2009 - 10:39
Lixtenşteyn milli komandasının liderlərindən Martin Ştoklaza Azərbaycanla oktyabrın 10-da keçiriləcək rəsmi oyunda çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, Avstriyanın “Rid” klubunda forma geyinən 30 yaşlı mərkəz müdafiəçisinin ayaq daraqları sümüyü qırılıb. Özü də təcrübəli futbolçu belə xoşagəlməz olayla çempionat oyunu öncəsi məşqdə üzləşib. Həkimlərin proqnozuna əsasən, Ştoklaza altı həftə oynaya bilməyəcək. Martinin sözlərinə görə, Rusiya yığması ilə bu şənbə səfərdə keçiriləcək rəsmi görüşdə onu İsveçrənin “Sankt-Qallen” klubunun gənc müdafiəçisi İv Eri əvəzləyəcək. Hər şey qaydasında olarsa, Eri milli komandamızla ev oyununda da Lixtenşteyn yığmasının müdafiə xəttində yer alacaq.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0