7,5 avroluq “Çiqrinski”
02.09.2009 - 12:49
Ukraynanın “Şaxtyor” klubundan İspaniyanın “Barselona” komandasına keçməklə daha da məşhurlaşan Dmitri Çiqrinskinin şərəfini içki hazırlanıb. Apasport.az saytının məlumatına görə, “Boadas” restoranında düzəldilən yeni növ kokteyl məhz ukraynalı futbolçunun adını daşıyır. Restoranda barmen çalışan Jeronimo Vakero bu ideyanın müxbirlərə aid olduğunu etiraf edib: “Bir tanış reportyor zəng vuraraq Çiqrinskinin şərəfinə nə isə düzəltməyi xahiş etdi. Arağın yarısı, limon şirəsinin 1/4 hissəsi, eyni qədər pivə, həmçinin xiyar və albalı parçalarından ibarət içkini mütləq qurtum-qurtum içmək lazımdır. Günün ikinci yarısı üçün əla effekt verən “Çiqrinski” kokteyli təravətləndirici xüsusiyyətə malikdir. Özü də cəmi 7,5 avroyadır”.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0