Mahmud Qurbanov “Bakı”nın məşqlərinə qatılmır
02.09.2009 - 12:53
Avrokuboklarda çıxışını başa vuran son Premyer Liqanın qalibi "Bakı" klubu bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edib. Apasport.az saytının məlumatına görə, ölkənin əsas milli komandasına dəvət almış Cəmşid Məhərrəmov və Saşa Yunisoğlunun, həmçinin U-21 milli komandasının heyətinə çağırılan Bəxtiyar Soltanovun xidmətindən yararlana bilməyən "Bakı" Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən məşqdə əsasən fiziki çalışmalara üstünlük verilib.
Qeyd edək ki, komandanın təcrübəli yarımmüdafiəçisi Mahmud Qurbanov da hələlik məşqlərə qatılmır. Buna səbəb Mahmud Qurbanovun ayaq əzələsini dartmasıdır. Digər zədəli futbolçu Elvin Əliyev isə komanda ilə birgə yüngül məşqlərə başlayıb.

- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0