Lənkərana gələcək futbolçu: Hara istəsəm, ora da gedərəm
02.09.2009 - 14:09
Dünya çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Finlandiya yığmasının futbolçusu Conatan Yohansson ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “transfer pəncərəsi”nin bağlanmasından sonra klubsuz qalıb. Conatanı komandadan kənarlaşdıran Şotlandiyanın “Hibernians” klubu skandinaviyalıya azad agent statusu verib. Futbolçu da sentyabrın 5-də Lənkəranda keçiriləcək matç ərəfəsində əhvalını pozmayıb: “İndi transfer vərəqim əlimdədir. Hara istəsəm, ora gedərəm. Onsuz da variantlarım da var. İndi fikrimi qarşıdakı seçmə oyununa yönəltməliyəm. Sonra isə özümə klub axtararam. Axı mən indi işsizəm”.
Qeyd edək ki, yığmadakı 96 oyuna 20 qol vuran Yohansson Finlandiya millisinin əsas hücumçusu sayılır. Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan yığmasına qarşı oyuna çıxıb.
Qeyd edək ki, yığmadakı 96 oyuna 20 qol vuran Yohansson Finlandiya millisinin əsas hücumçusu sayılır. Futbolçu karyerası ərzində 4 dəfə Azərbaycan yığmasına qarşı oyuna çıxıb.
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0