“Standard”ın futbolçusunun həyatı təhlükədə
02.09.2009 - 14:12
Belçikanın “Standard” klubunun futbolçusu Aksel Vitsel və ailəsinin həyatı təhlükə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, lyejlilərin Belçika çempionatının “Anderlext”lə oyunundan sonra Vitsellərin evinə basqın olub. 1:1 hesabı ilə nəticələnən görüşdə rəqib futbolçu Marçin Vasilevskinin ayağını sındıran Akselin atası Tyerri dəhşətli hadisə ilə üzləşdiklərini etiraf edib: “Evimizi daşa basdılar. Biz elə qorxurduq ki, ölümümüzü göz ününə gətirmişdik. Qapı və pəncərələri tanımadığımız adamlar döyürdülər. Bu anlarda ailəmiz evdən bayıra çıxmağa cəsarət etmirdi”.
Qeyd edək ki, Belçika Futbol Federasiyası rəqibə yetirdiyi bu xəsarətə görə Vitseli 10 oyunluq cəzalandırıb.
Qeyd edək ki, Belçika Futbol Federasiyası rəqibə yetirdiyi bu xəsarətə görə Vitseli 10 oyunluq cəzalandırıb.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0